logo


13-10-2015, 17:00 - 
Elm Və Təhsil, 1

Məleykə Abbaszadə Ağstafada vətəndaşları qəbul edəcək

Məleykə Abbaszadə Ağstafada vətəndaşları qəbul edəcək








Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə oktyabrın 23-də Ağstafa rayon Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüş keçirəcək.

TQDK-dan Cenubnews.com-a verilən məlumata görə, görüşdə Ağstafa, Tovuz, Qazax rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların TQDK internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya TQDK-nın Gəncə regional bölməsinə müraciət etmələri xahiş olunur.

Bundan əlavə, görüşə gəlmək istəyənlərin Ağstafa, Tovuz və Qazax rayon təhsil şöbələrində oktyabrın 14-dən 22-dək (saat 10:00-dan 17:00-dək) qeydiyyatı aparılacaq (şənbə, bazar və bayram günləri istisna olmaqla).








Xəbərdən istifadə zamanı Cenubnews.com saytına istinad vacibdir ...!
Baxılıb 610 dəfə