logo


13-10-2015, 17:23 - 
Elm Və Təhsil, 1

600 tələbəyə təqaüd verilib

600 tələbəyə təqaüd verilib








“Bir il bundan əvvəl Azərbaycan Dövlət Pedoqji Universitetinə qəbul olan tələbələrdən cəmi 19 nəfəri 500-dən artıq bal topladığı halda, bu il onların sayı 10 dəfə(188 nəfər) artıb”.

Modern.az xəbər verir ki, bu barədə Təhsil nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.

O qeyd edib ki, bu müəllimlik ixtisasına artan marağın göstəricisidir.

“Ali məktəblərə qəbul zamanı birinci yerdə məhz müəllimlik ixtisasını yazan, qəbul imtahanlarında 500-dən artıq bal toplayan 300 tələbəyə Təhsil Nazirliyi tərəfindən 100 manat həcmində “Gələcəyin müəllimi” təqaüdünün verilməsi gələcək müəllimlərə əlavə stimul verib.

Artıq 600 tələbə bu təqaüdə layiq görülüb”.








Xəbərdən istifadə zamanı Cenubnews.com saytına istinad vacibdir ...!
Baxılıb 713 dəfə