logo


1-12-2015, 17:19 - 
Əsas Səhifə, Media, reportaj-esas, 1

Jurnalist Mirələm Həşimov 2000 manat cərimələndi

Jurnalist Mirələm Həşimov 2000 manat cərimələndi









Cenubnews.com Maide.az istinadən xəbər verir ki, bu gün cenubnews.com saytının baş redaktor əvəzi Mirələm Həşimova qarşı Masallı rayon icra başçısı Rafil Hüseynovun iddiası əsasında keçirilən məhkəmə iclası başa çatıb.

Məhkəmə jurnalisti 2000 AZN cərimə edib.

Mirələm Həşimov Maide.az-a ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini vurğulayıb: "İttihamda göstərilir ki, guya adı çəkilən üç xəbərdə icra başçısı Rafil Hüseynovun şərəf və ləyaqətini alçaltmışam.

Amma adı çəkilən "Masallı park bulvarını sel apardı" başlığıyla yayımlanan məqalədə (xəbərdə) nəinki Rafil Hüseynov, heç bir şəxs təhqir olunmayıb və icra başçısı sözü keçməyib, "Masallıda ağacları kəsirlər" başlığı ilə yayımlanan xəbərdə isə qeyd etmişik ki, "Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq", əgər ağacların rəhbərlik tərəfindən kəsilməsi yalan idisə onlar təkzib olaraq bizə müraciət etməli idilər.

Bu günə qədər 5 ay keçib, təkzib verilməyib.

Amma məhkəməyə verməyə macal tapıblar.

"Rafil Hüseynov: İşıq pulunu ödəyə bilmirsənsə get özünü öldür" başlığı ilə yayımlanan xəbərdə biz, "Muxalifet.az" saytına istinad etmişik və eyni xəbər bir çox saytlarda da dərc olunub. Biz, KİV qanunlarına uyğun olaraq istinad etmişik və istinad olunan xəbərin məsuliyyəti ilk yayımlanan mənbədir.

Biz istinad etməklə məsuliyyət daşımadığımızı göstəririk.

Gördüyünüz kimi, hər üç xəbərdə qeyri-qanuni iş görməmişik."

Mirələm Həşimov bildirib ki, məhkəmənin qətnaməsini aldıqdan sonra apelyasiya şikayəti verəcəklər.








Xəbərdən istifadə zamanı Cenubnews.com saytına istinad vacibdir ...!
Baxılıb 657 dəfə