logo


6-01-2016, 10:00 - 
Elm Və Təhsil, 1

Dərsliklərin monitorinqinə dair seminarlar başlanacaq

Dərsliklərin monitorinqinə dair seminarlar başlanacaq








Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ümumtəhsil fənləri üzrə dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin elmi-metodik monitorinqinə dair seminarlar yanvarın 11-dən fəaliyyətə başlayacaq.

TQDK-dan bildiriblər ki, seminarlarda ümumi təhsil səviyyəsinin VI və VIII siniflərində istifadədə olan dərslik dəstlərinin müzakirəsi aparılacaq.

TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Göyçay, Ağcabədi və Şirvan regional bölmələri ilə “Skype” proqramı vasitəsilə bağlantı qurulacaq.

Seminarlarda iştirak etmək istəyənlər TQDK-nın ümumtəhsil fənləri üzrə dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin monitorinqi şöbəsinə, bölgələrdə isə Komissiyanın regional bölmələrinə müraciət etməklə qeydiyyatdan keçməlidirlər.

Elmi-metodik seminarların iş qrafiki TQDK-nın rəsmi internet saytında verilib.








Xəbərdən istifadə zamanı Cenubnews.com saytına istinad vacibdir ...!
Baxılıb 417 dəfə