logo


7-09-2016, 11:56 - 
Əsas Səhifə, Region, Video Qaleriya, 1

Masallıda 1 saylı Uşaq bağçası təhlükədədir! - Video

Masallıda 1 saylı Uşaq bağçası təhlükədədir! - Video
Xəbərlərimizi Sosial şəbəkələrdə izləyin!
Facebook.com
Ok.ru
Twitter.com
Youtube.com




Analoqsuz inkişafdan nəsibini alan Masallı Şəhərinin mərkəzində Səfəralı Məmmədov küçəsində qərar tutan kiçik bir problemi sakinlərin xahişi ilə Cenubnews internet qəzeti olaraq işıqlandırmaqı özümüzə borc bildik.

Belə ki, Masallı şəhəri 1 saylı Uşaq bağçasının burnunun dibindəki gördüyünüz bu antisanitar vəziyyətdəki tullantıların atıldığı hissə məhəllə sakinləri və baxçada təhsil alan uşaqlar üçün əməlli başlı problemə çevrilib.

Çünkü onlar burdan buxarlanan qoxunu baxçada və evlərində hiss etməməy üçün yayın bu qızmar vaxtında hətta qapı pəncərələrini belə bağlamalı olurlar ki, üfunət iyindən məstixumar olmasınlar.

Həmçinin balaca uşaqlar bu antisanitariyanın hökm sürdüyü hissədə təhsil almalı olurlar.
Sakinlər qəzetimiz vasitəsi ilə əvvəl xahiş sonar isə tələb edirlərki bu problem aidiyyatı qurumlar tərəfindən aradan qaldırılsın.

Bu xəbəri 2016-07-20 tarixində yayımladıqımıza baxmayaraq məsələ olduqu kimi qalır və heç bir tədbir görülməyib.

(Mövzunu diqqətdə saxlayacıq)








Xəbərdən istifadə zamanı Cenubnews.com saytına istinad vacibdir ...!
Baxılıb 2088 dəfə