logo


22-08-2016, 16:36 - 
xəbərlər, Azərbaycan, 1

İcra başçısı ilə əlil və şəhid ailələri arasında gərginlik - FOTO

İcra başçısı ilə əlil və şəhid ailələri arasında gərginlik - FOTO
Xəbərlərimizi Sosial şəbəkələrdə izləyin!
Facebook.com
Ok.ru
Twitter.com
Youtube.com





Bu gün bir qrup Qarabağ əlili və şəhid ailəsi Yasamal Rayon İcra Hakimiyyətinə toplaşıb.

Bu barədə AzNews.az-a icra hakimiyyətinə yollanan əlillərdən biri məlumat verib. Bildirib ki, sözügedən şəxslər Yeni Yasamal, Əsəd Əhmədov küçəsi 31 A ünvanının sakinləridir.

“Bina 2010-cu ildə “Altıncı mərtəbə” şirkəti tərəfindən tikilib. Burada 81 mənzil var, hamısında da Qarabağ əlili və şəhid ailələri yaşayır. Binada saysız-hesabsız problemlər var və onların heç biri həll edilmir. Lift işləmir, içərisinin təmiri sökülüb-dağılıb, üzlüyü tamam yararsız vəziyyətdədir, heç bir sənədləşmə aparılmayıb. Biz də binadakı problemlə əlaqədar Yasamal rayon İcra Hakimiyyətinin başçısı ilə görüşmək istəyirik. 30 nəfərə yaxın sakin burdayıq. Deyirlər ki, üstünüzə polis çağırılacaq, buranı tərk edin”, - deyə Qarabağ əlili bildirib.

Bina sakinləri isə həqdə-qorxuya rəğmən icra başçısıyla görüşməyə israr ediblər. Bir qədər sonra icra başçısı İbrahim Mehdiyev onları binanın foyesində qarşılayıb: “Çıxdı bizə dedi ki, sizi qəbul etmirəm. Biz də bildirdik ki, gedəcəyik prezidentə şikayət edəcəyik. Cavab verdi ki, “hara gedirsiniz, gedin”.

İcra başçısı ilə əlil və şəhid ailələri arasında gərginlik - FOTO
İcra başçısı ilə əlil və şəhid ailələri arasında gərginlik - FOTO








Xəbərdən istifadə zamanı Cenubnews.com saytına istinad vacibdir ...!
Baxılıb 1297 dəfə