logo


14-10-2016, 23:18 - 
Əsas Səhifə, xəbərlər, Maraqlı, 1

Polis serjantı Tusi Bayramzadə: Mənim vəzifə borcumdur!

Polis serjantı Tusi Bayramzadə: Mənim vəzifə borcumdur!
Xəbərlərimizi Sosial şəbəkələrdə izləyin!
Facebook.com
Ok.ru
Twitter.com
Youtube.com





Yol Patrul Xidməti Alayının 1-ci tağımının əməkdaşı,əslən Masallıdan olan polis serjantı Bayramzadə Tusi Kamal oğlu Bakı-Quba avtomobil yolunun 47-ci kilometrliyində xidmət apararkən dəmir qurğuların arasında qalan bir yeniyetmə qızı görür. Həmin uşaq nə az, nə çox düz dörd saat qurğular arasında insanlardan kömək istəyir. Bu anı görən polis serjantı xidməti maşınının mayakını yandıraraq geriyə hərəkət edir. Bu istiqamətdə sürət həddi saatda 110 kilometrdir. Çətin vəziyyətdə olan qız uşağına köməklik göstərir və hərəkətin təhlükəsizliyini təmin etməklə yolun o biri hissəsinə keçirir.

Təbii ki, bu səhnəni çoxları görüb və heç bir sürücü avtomobili saxlayıb yeniyetməni həmin yerdən götürməyib. Polis serjantı Tusi Bayramzadə deyir ki, mənim vəzifə borcum və eləcə də insanpərvərlik duyğularım tələb etdi ki, bu addımı atım. Əgər o qız uşağını həmin an çətin vəziyyətdən qurtara bilməsəydim özümü bağışlaya bilməzdim.

Bu barədə tağım komandiri, polis mayoru Ürfət Şükürov da öz fikirlərini bildirib. Tusi Bayramzadə haqqında isə tağım komandiri dedi ki, o, dəfələrlə qəza baş vermiş zaman ağır vəziyyətdə olan sərnişinlərə yaxından köməklik göstərib. Məhz bu cür nümunəvi hərəkətlərinə görə o, Daxili İşlər Nazirliyi tərəfindən «Əla xidmətə görə» döş nişanı ilə təltif olunub və bir neçə dəfə mükafatlandırılıb. Bu gün də biz ona çalışırıq ki, xidmət apardığımız Bakı-Quba avtomobil yolunda sürücülər, sərnişinlər və yol polisi arasında yüksək mədəni münasibətlər yaransın və hər iki tərəf bir-biriylə normal davransın. Belə olanda biz də xidmət apardığımız işdən zövq alırıq.

(Adalet.az)











Xəbərdən istifadə zamanı Cenubnews.com saytına istinad vacibdir ...!
Baxılıb 11009 dəfə