logo


2-11-2016, 11:34 - 
Əsas Səhifə, xəbərlər, Səhiyyə, 1

İrana müalicəyə gedənlər üçün xüsusi şöbə yaradılacaq

İrana müalicəyə gedənlər üçün xüsusi şöbə yaradılacaq
Xəbərlərimizi Sosial şəbəkələrdə izləyin!
Facebook.com
Ok.ru
Twitter.com
Youtube.com





İranda Tibbi Turizmin inkişafı çərçivəsində ölkə boyu 105 xəstəxanada xaricilər üçün ayrıca şöbə açılacaq. FaktXəbər-in Mehr-ə istinadla məlumatına görə, bu barədə İİR Tibb Turizm Ali Şurasının rəhbəri bəyan edib. Onun sözlərinə görə, bu sahədə lider ölkələr Azərbaycan və İraqdır.

Artıq 100-dən çox xəstəxana xaricdən pasiyent qəbul etməyə hazırdır. Həkimlər plastik əməliyyatdan tutmuş ağır xəstəliklərə qədər geniş spektrdə öz xidmətlərini təklif edirlər. Səhiyyə xidmətlərindən İranda xarici zəvvarların əksəri istifadə edir.

Şura sədri Məhəmməd Pənahi bəyan edib ki artıq 17 turizm agentliyi tibbi turizm xidmətləri üçün lisenziya alıb, daha 22-si isə gözləmədədi.

O bildirib ki, ən çox pasiyent Azərbaycan və İraqdan gəlir.

«İranda səhiyyə xidmətlərinin qiyməti çox aşağıdır, ancaq bunun yanında bizdə yüksək standartlar və yaxşı reputasiya var», - deyə Məhəmməd Pənahi sözlərini bitirib.
Qeyd edək ki, ötən il xarici pasiyentlər İran büdcəsinə 1,2 milyard dollar gəlir gətirib.








Xəbərdən istifadə zamanı Cenubnews.com saytına istinad vacibdir ...!
Baxılıb 424 dəfə