logo


3-11-2016, 16:24 - 
Əsas Səhifə, xəbərlər, Səhiyyə, 1

Qrip və kəskin respirator virusa qarşı kütləvi dezinfeksiya

Qrip və kəskin respirator virusa qarşı kütləvi dezinfeksiya
Xəbərlərimizi Sosial şəbəkələrdə izləyin!
Facebook.com
Ok.ru
Twitter.com
Youtube.com





Ölkədə qrip və kəskin respirator virusa qarşı kütləvi dezinfeksiya tədbirlərinə başlanılıb.

Bu barədə Bakı Şəhər Dezinfeksiya Stansiyasının kadrlar üzrə mütəxəssisi Kəmalə Cəfərova məlumat verib. O bildirib ki, səhiyyə naziri Oqtay Şirəliyevin qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə imzaladığı əmr əsasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən sərəncam verilib. Sərəncama əsasən dezinfeksiya tədbirləri ümumtəhsil və məktəbəqədər təhsil müəssisələri, qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdığı yerlər və əhalinin digər kütləvi toplaşdığı ərazilərdə aparılacaq.

Noyabrın 1-də başlayan tədbirlər ayın 12-dək davam edəcək: "Dezinfeksiya Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Masallı və Cəlilabadda aparılacaq”. (APA)








Xəbərdən istifadə zamanı Cenubnews.com saytına istinad vacibdir ...!
Baxılıb 263 dəfə