logo


25-01-2017, 17:36 - 
Əsas Səhifə, xəbərlər, 1

“Nardaran işi” məhkəməsi yekunlaşdı: Hökm oxundu!

“Nardaran işi” məhkəməsi yekunlaşdı: Hökm oxundu!
Xəbərlərimizi Sosial şəbəkələrdə izləyin!
Facebook.com
Ok.ru
Twitter.com
Youtube.com




Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi Hərəkatının" sədri Taleh Bağırov, AXCP sədr müavini Fuad Qəhrmanlı və digər təqsirləndirilənlərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Cenubnews.com xəbər verir ki, hakim Əlövsət Quliyevin sədrliyi ilə keçirilən məhkəmədə hökm oxunub.

Hökmə əsasən, ilahiyyatçı Taleh Bağırov 20 il, Abbas Hüseyn 20 il, Fuad Qəhrəmanlı isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət işi üzrə digər günahlandırılanlara - Cabbar Cabbarova 19, Rasim Cəbrayılova 17, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər birinə 14 il 6 ay, Ramin Yarıyevlə Aqil Quliyevə 10 müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.


Qeyd edək ki, prokuror məhkəmədən Taleh Bağırovun ömürlük, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının 11, Abbas Hüseynovun 20, Cabbar Cabbarovun 19, Rasim Cəbrayılovun 17, Ramin Yarıyevin 10, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Aqil Quliyev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Xatırladaq ki, 2015-ci il noyabrın 26-sı hüquq-mühafizə orqanı əməkdaşları Bakının Nardaran qəsəbəsində əməliyyat keçirib. Əməliyyat zamanı 2 polis və 4 qəsəbə sakini həyatını itirib, Taleh Bağırov və tərəfdarları saxlanılıb.

Taleh Bağırov terrorçuluq, qəsdən adam öldürmə, qanunsuz olaraq silah gəzdirmə və bu kimi ağır cinayətlərdə ittiham olunurdu.

AXCP sədr müavini Fuad Qəhrəmanlı 2015-ci il dekabrın 8-də həbs olunub. O, dövlət əleyhinə açıq çağırışlarda, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasında və hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlarda günahlandırılırdı.








Xəbərdən istifadə zamanı Cenubnews.com saytına istinad vacibdir ...!
Baxılıb 314 dəfə