logo


2-02-2017, 23:32 - 
Əsas Səhifə, xəbərlər, 1

Astarada yük maşını yanaraq kül olub - Foto

Astarada yük maşını yanaraq kül olub - Foto
Xəbərlərimizi Sosial şəbəkələrdə izləyin!
Facebook.com
Ok.ru
Twitter.com
Youtube.com





Astara rayonunda Rusiyaya məxsus içərisində 19 ton tərəvəz məhsulları olan yük maşını yanıb.
Hadisə ötən gecə Ələt-Astara magistralının rayonun Təngərüd kəndi ərazisində baş verib. Belə ki, Rusiyanın Dağıstan Respublikasının vətəndaşı, 1966-cı il təvəllüdlü Hapışov Əli Fərhad oğlunun idarə etdiyi "Reno - TIR" markalı yük maşını hərəkətdə olarkən sürücü kabinəsində yanğın baş verib. Yanğın qısa zamanda bütün maşını bürüyüb. İçərisində 19 ton xiyar tərəvəzi yüklənmiş yük maşını yanğınsöndürənlər tərəfindən söndürülüb. Lakin, məhsulun böyük bir qismi zay olub. Avtomaşına və məhsulun sahibinə külli miqdarda ziyan dəyib. Yanğının baş vermə səbəbi ekspertizanın araşdırmasından sonra məlum olacaq.
Faktla bağlı araşdırmalara başlanılıb.

Apa





Astarada yük maşını yanaraq kül olub - Foto
Astarada yük maşını yanaraq kül olub - Foto
Astarada yük maşını yanaraq kül olub - Foto








Xəbərdən istifadə zamanı Cenubnews.com saytına istinad vacibdir ...!
Baxılıb 846 dəfə