logo


2-02-2017, 23:38 - 
Əsas Səhifə, xəbərlər, 1

Xanım Zeynəbin (s.ə) mövlud günüdür

Xanım Zeynəbin (s.ə) mövlud günüdür
Xəbərlərimizi Sosial şəbəkələrdə izləyin!
Facebook.com
Ok.ru
Twitter.com
Youtube.com





Bu gün İslam Peyğəmbərinin (s) nəvəsi, Kərbəla həqiqətlərinin dünyaya çatdırıran, Kərbəla səhnəsinin misilsiz qadın qəhrəmanı Xanım Zeynəbin (ə) mövlud günüdür.

Cenubnews.com İnternet Qəzeti xəbər verir ki, hicrətin 6-cı ilində, cəmadiül-əvvəlin ayının 5-də Mədinə şəhərində Peyğəmbər ailəsində, İmam Əli (ə) və Peyğəmbərin can parəsi olan Xanım Fatimeyi Zəhranın evində bir qız uşağı dünyaya gəlir. Peyğəmbər yeni doğulmuş körpənin adını Cəbrayıl (ə) nazil olub xəbər gətirəndən sonra Zeynəb qoyur. Zeynəb atanın ziynəti deməkdir.

Həzrət Zeynəb beş ilə qədər Peyğəmbərlə (s) bir yerdə yaşamışdır. Bu müddət onun Peyğəmbər (s) səhabələrindən hesab olunmasına kifayətdir və bu da bu barədə yazılmış kitablarda qeyd olunmuşdur.

Xanım Zeynəb çox dözümlü, güclü, səbirli olub. Kərbəla həqiqətlərinin dünyaya çatdıran da məhs Xanım Zeynəb olmuşdur.

Zeynəb atanın zinəti deməkdir. Allah tərəfindən belə adlanan bu qız öz vəzifəsini yerinə yetirməklə tarixin zinəti və ailəsinin fəxri oldu. Odur ki, Zeynəb adı məhz onun fədakarlığı hesabına həmişə gözəl, müqəddəs və əbədidir.

Cenubnews.com İnternet Qəzetinin kollektivi olaraq bu gözəl gün münasibəti ilə bütün möminləri və xüsusən də xanımları təbrik edirik.








Xəbərdən istifadə zamanı Cenubnews.com saytına istinad vacibdir ...!
Baxılıb 405 dəfə