logo


9-02-2017, 01:23 - 
Əsas Səhifə, xəbərlər, 1

Masallıda avtomobillə vurulan piyadalardan biri ölüb - Foto

Masallıda avtomobillə vurulan piyadalardan biri ölüb -  Foto
Xəbərlərimizi Sosial şəbəkələrdə izləyin!
Facebook.com
Ok.ru
Twitter.com
Youtube.com





Masallının Qızılavar kəndində vurulan piyadalardan biri ölüb.

Cenubnews.com-un məlumatına görə, Ərkivan kənd sakinləri, 1979-cu il təvəllüdlü Bədəlov Rüfət Həmdulla oğlu, 1981-ci il təvəllüdlü Həsənov Yunus Eldar oğlu və 1984-cü il təvəllüdlü Tohid Tofiq oğlu İbrahimovdur.

Həkimlərin səylərinə baxmayaraq Ərkivan kənd sakini, 1979-cu il təvəllüdlü Bədəlov Rüfət Həmdulla oğlu xəstəxanada keçinib.

Qeyd edək ki, ötən axşam Masallının Qızılavar kəndində “Ford” markalı yük avtomobili 3 nəfəri vuraraq dirəyə çırpılıb. Zərərçəkənlər dərhal Masallı rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Faktla bağlı araşdırma aparılır.



Masallıda avtomobillə vurulan piyadalardan biri ölüb -  Foto
Masallıda avtomobillə vurulan piyadalardan biri ölüb -  Foto








Xəbərdən istifadə zamanı Cenubnews.com saytına istinad vacibdir ...!
Baxılıb 3466 dəfə