logo


9-02-2017, 02:39 - 
Əsas Səhifə, Reportaj, Video Qaleriya, 1

Masallı sakini Nəzakət Səmədova fəryad edir! - Video

Masallı sakini Nəzakət Səmədova fəryad edir! - Video
Xəbərlərimizi Sosial şəbəkələrdə izləyin!
Facebook.com
Ok.ru
Twitter.com
Youtube.com




Cenubnews.com internet qəzetinin verdiyi məlumata görə, İsgəndərli kəndində yaşayan vətəndaş Nəzakət Səmədova fəryad edir!

Adiyyatı qurumlar məsələyə biganə yanaşır.

Evi yanan ailə ölkə rəhbərliyinə müraciət edib!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevaya

Bakı şəhər baş prokrorluğunun baş naziri Zakir Qaralov cənablarına

Bakı şəhər DİN-in Polis-palkovniki Ramil Yusubov cənablarına

Masallı şəhər H.Aslanov küçəsi ev 54/37
Nömrəli evdə yaşayan Səmədova Nəzakət Abusəməd qızı tərəfindən

Ə R İ Z Ə
Yazıb sizdən xahiş edirəm ki, yaşadığım mənzildə 31.01.2017-ci il tarixdə gecə saat 12 00 radələrində qaz sızmasından partlayış olub.Tamamən yanıb yararsız hala düşmüşdür.Özüm küçələrdə qalmışam qışın günündə qarın üstündə qalıram.Sığınmağa heç bir yerim yoxdur.Heç bir aidiyyəti qurumlardan kömək yoxdur.Oğlum Ramal Abdulhüseynov yanıq xəsarətləri ilə xəstəxanada yatır ona da baxılmır.Mən özüm 60 yaşındayam, şəkər xəstəsiyəm, dəva-dərmanla yaşayıram.
Sizdən xahiş edirəm mən bir azərbaycan anasıyam.Mənimlə, evimlə maraqlanmağınızı sizdən artıq dərəcədə xahiş edirəm.

İmza: Səmədova Nəzakət



Qeyd edək ki, 31.01.2017-ci il tarixində İsgəndərli kəndində yaşayan vətəndaş Nəzakət Səmədovaya məxsus birmərtəbəli 5 otaqlı evdə baş verib. Nəticədə evin 3 otağı ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı 1 nəfər ev sahibəsinin oğlu 30 yaşlı Abdulhüseynov Ramal yanığ xəsarəti alaraq Masallı şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.

Mümkün qədər paylaşın!








Xəbərdən istifadə zamanı Cenubnews.com saytına istinad vacibdir ...!
Baxılıb 4103 dəfə