logo


13-02-2017, 19:50 - 
Əsas Səhifə, xəbərlər, 1

“Nardaran işi-3” məhkəməsi keçirilib

“Nardaran işi-3” məhkəməsi keçirilib
Xəbərlərimizi Sosial şəbəkələrdə izləyin!
Facebook.com
Ok.ru
Twitter.com
Youtube.com





Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan ilahiyyatçılar Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Cenubnews.com APA-ya istinadən verdiyi məlumata görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Təqsirləndirilən şəxslər ittiham aktına münasibət bildirərək, özlərini təqsirli bilməyiblər.

Sonra təqsirləndirilən Eldar Bünyatov ifadə verərək günahsız olduğunu deyib. O qeyd edib ki, heç vaxt dövlətçiliyə qarşı çıxmayıb.

Prosesdə Cabir Əliyev və Mübariz İbrahimovun vəkili Bəhruz Bayramov vəsatətlə çıxış edərək, hüquqlarını müdafiə etdiyi şəxslərin üzərində tapılan silahlar haqqında istehsal olunan zavoda sorğu verilməsini istəyib.

Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Proses fevralın 20-də davam etdiriləcək.








Xəbərdən istifadə zamanı Cenubnews.com saytına istinad vacibdir ...!
Baxılıb 381 dəfə