logo


16-02-2017, 14:38 - 
Əsas Səhifə, xəbərlər, Səhiyyə, 1

Dollar qalxsa, dərmanlar bahalaşacaq

Dollar qalxsa, dərmanlar bahalaşacaq
Xəbərlərimizi Sosial şəbəkələrdə izləyin!
Facebook.com
Ok.ru
Twitter.com
Youtube.com






«Dərman vasitələri üzrə son qiymət tənzimlənməsi 2016-cı il noyabrın 28-də həyata keçirilib. Dərman vasitələrinin qiymətləri manatın ovaxtkı məzənnəsinə uyğunlaşdırılıb. O zamanı manatın dollara nisbətdə məzənnəsi 1.7196 olub».

APA-nın xəbərinə görə, bunu Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə dair fevralın 16-da keçirdiyi mətbuat konfransında deyib.

İ.Məcidov qeyd edib ki, bu gün məzənnə 1.7196-dan bir qədər yuxarıdır: «28 noyabrdan sonra məzənnənin bundan aşağı həddi görülməyib. Qanunvericiliyə görə, məzənnə bundan aşağı düşdüyü zaman dərmanların qiymətləri aşağı salınacaq. Məzənnə yuxarı qalxdığı zamanı isə qiymətləri yuxarı qaldırılacaq».

Azərbaycanda dərmanların qiymətlərinin tənzimlənməsinə 2015-ci ilin martından start verilib. Şuradan bildirildiyinə görə, indiyə qədər 10 min dərman vasitəsinin qiyməti tənzimlənib.

İ.Məcidov ölkədə dərman qıtlığı olması haqqında deyilənlərlə razılaşmadığını bildirib. O qeyd edib ki, son illər ölkəyə dərman idxalı artıb.

İqtisadiyyat nazirinin müşaviri Manaf Bayramov da bu məsələ ilə bağlı fikir bildirib. O deyib ki, dərman vasitələrinin qiyməti sərbəst buraxılsa, qiymət ucuzlaşmayacaq, əksinə bahalaşacaq.








Xəbərdən istifadə zamanı Cenubnews.com saytına istinad vacibdir ...!
Baxılıb 230 dəfə