logo


17-02-2017, 17:40 - 
Əsas Səhifə, xəbərlər, 1

Hacı Ramil Bədəlov növbəti dəfə məscid məsələsinə toxunub

Hacı Ramil Bədəlov növbəti dəfə məscid məsələsinə toxunub
Xəbərlərimizi Sosial şəbəkələrdə izləyin!
Facebook.com
Ok.ru
Twitter.com
Youtube.com





Bu gün cümə xütbəsində "Xanım Fatimeyi Zəhra" məscidinin imam-camaatı Hacı Ramil Bədəlov ibadət evi ilə bağlı yaranmış suallara aydınlıq gətirib.

Cenubnews.com xəbər verir ki, ilahiyyatçı mövzu ilə əlaqədar müvafiq qurumlarla görüşlərin olduğunu bildirib:

"Keçən cümədən bəri çox suallar gəlir, məsələnin nə yerdə olduğunu ve necə olacağını soruşurlar. Həftə içi Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və yerli İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələri ilə gorüşlər oldu. Bizə məsələnin həlli istiqamətində müsbət atdımlar atılacağını və yaxın ərəfələrdə məscidin təmirinin başlayacağını bildirdilər".

Ramil Bədəlov qeyd edib ki, tam nəticə ilə bağlı ictimayyətə geniş açıqlama veriləcək.

Məscidin imam-camaatı sonda insanlardan sosial şəbəkələrdə ibadət evi ilə bağlı qıcıqlandırıcı sözlərə yol verilməməsini istəyib.

İslamazeri.az









Xəbərdən istifadə zamanı Cenubnews.com saytına istinad vacibdir ...!
Baxılıb 445 dəfə