logo


24-03-2017, 17:13 - 
İdman, 1

Hakimi təhqir etdi, 5 oyun olmayacaq

Hakimi təhqir etdi, 5 oyun olmayacaq
Xəbərlərimizi Sosial şəbəkələrdə izləyin!
Facebook.com
Ok.ru
Twitter.com
Youtube.com





AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib AFFA-nın rəsmi saytının məlumatına görə, toplantıda I divizonun XXI turunda baş verən neqativ hallar hüquqi qiymətini tapıb.

MOİK – “Şəmkir” görüşün 60-cı dəqiqəsində ev sahiblərinin baş məşqçisi Ramil Əliyev hakimlər briqadasını təhqir etdiyi üçün 5 oyun texniki zonadan uzaqlaşdırılıb və klubu 400 manat cərimə olunub. Həmçinin “hərbiçilər”in futbolçusu Mirkamil Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. MOİK isə 20 manat cərimələnib.

Qeyd edək ki, MOİK – “Şəmkir” qarşılaşması 0:0 hesabı ilə yekunlaşıb.









Xəbərdən istifadə zamanı Cenubnews.com saytına istinad vacibdir ...!
Baxılıb 98 dəfə