logo


25-03-2017, 17:56 - 
İdman, 1

Almaniya millisinin heyəti açıqlandı

Almaniya millisinin heyəti açıqlandı
Xəbərlərimizi Sosial şəbəkələrdə izləyin!
Facebook.com
Ok.ru
Twitter.com
Youtube.com







DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin qonağı olacaq Almaniyanın təxmini heyəti açıqlanıb. Almaniya mətbuatı Bundestimin sabahkı qarşılaşmada 4-5-1 taktiki sxemi ilə meydana çıxacağını yazıb.

Zədəli Manuel Noyerin yoxluğunda çərçivəni Mark-Andre Ter Ştegenin qoruyacağına şübhə yoxdu.

Müdafiə xətti bütünlüklə Bundesliqada çıxış edən futbolçulardan ibarət olacaq. Mərkəzdə Jerom Boatenqi kimin əvəzləyəcəyi də bəllidi. Belə ki, Mats Hummelsə arxa xətdə Benedikt Hövedes tərəfdaşlıq edəcək. Yonas Ektor sol, Coşua Kimmix isə sağ cinahda komandamızın hücumlarının qarşısını almağa çalışacaqlar.

Baş məşqçi Yoahim Löv yarımmüdafiə xəttini iki hissəyə böləcək. Sami Xedira ilə Toni Kroos yarımmüdafiənin mərkəzində yer alacaqlar. Onların vəzifəsi həm yığmamızın hücumları zamanı müdafiə xəttinə kömək etmək, həm də orta sahədən oyun qurmaq olacaq.

Yüngül zədəsi olduğu üçün iştirakı sual altına düşən Məsut Özilin durumundan çox şey asılıdı. Türkiyə əsilli yarımmüdafiəçi hazır olarsa, pleymeyker funksiyasını yerinə yetirəcək. Cinahlarda isə Yulian Drakslerlə Tomas Müller hücuma dəstək verməyə çalışacaqlar.

Məşqçilər korpusu hücumun sivri ucunda Mario Qomesi oynatmağı planlaşdırır. Təbii ki, sabaha qədər zədəsi tam sağalarsa. Belə olacağı təqdirdə, Qomes qapımıza ən yaxın oyunçu olacaq. Əgər "Volfsburq"un forvardı matça yetişməzsə, Löv heyətdə bəzi yerdəyişmələr etməli olacaq. Belə ki, bu halda Müller hücumda yer alacaq, yarımmüdafiənin cinahında isə onu ya Leroy Sane, ya da Andre Şürrle əvəz edəcək.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan-Almaniya görüşü saat 21:00-da start götürəcək.

Apasport.az








Xəbərdən istifadə zamanı Cenubnews.com saytına istinad vacibdir ...!
Baxılıb 100 dəfə