logo


27-03-2017, 11:22 - 
İdman, 1

Kamran Ağayevdən ilk

Kamran Ağayevdən ilk
Xəbərlərimizi Sosial şəbəkələrdə izləyin!
Facebook.com
Ok.ru
Twitter.com
Youtube.com





Kamran Ağayev Azərbaycan millisində buraxdığı qol sayı üçrəqəmli ədədlə ifadə olunan ilk qapıçı kimi tarixə düşüb.

Qolkiperin yığmada buraxdığı 100-cü qol Almaniya ilə matça təsadüf edib. DÇ-2018-in seçmə mərhələsindəki bu görüşədək 64 dəfə milli forması geyinən Ağayev 97 top buraxmışdı. Mario Qomesin 45-ci dəqiqədə vurduğu top Bundestimin bu matçda 3-cü qolu olub.

Kamran da bununla 100-ə çatıb. 4:1 hesabı ilə qələbə qazanan qonaqlar Ağayevi 101-ci dəfə də məyus edə biliblər. Azərbaycan millisi tarixində 100 və daha çox top buraxan ilk və yeganə qapıçı olan Kamran orta hesabla hər matçda 1,554 qola üzülüb.

Qafqazinfo









Xəbərdən istifadə zamanı Cenubnews.com saytına istinad vacibdir ...!
Baxılıb 68 dəfə