logo


30-03-2017, 11:00 - 
Azərbaycan, 1

Gömrükçülər külli miqdarda siqaret müsadirə edib

Gömrükçülər külli miqdarda siqaret müsadirə edib
Xəbərlərimizi Sosial şəbəkələrdə izləyin!
Facebook.com
Ok.ru
Twitter.com
Youtube.com





Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə "Vaz 21074" markalı nəqliyyat vasitəsində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan siqaretlərin olması barədə məlumat daxil olub.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən verilən məlumata görə, dərhal yaradılan əməliyyat qrupu tərəfindən həmin avtomobil Qazax rayonunun İncəsu adlanan ərazisində saxlanılıb və qanunvericiliyə uyğun olaraq baxış keçirilməsi üçün nəqliyyat vasitəsi Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun ərazisinə gətirilib. Yoxlama zamanı avtomobilin yük yerindəki sellofan torbaların içərisindən üzərində aksiz markası olmayan 7600 ədəd "Vinston", 4200 ədəd "Parliament" və 3380 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.









Xəbərdən istifadə zamanı Cenubnews.com saytına istinad vacibdir ...!
Baxılıb 64 dəfə