logo


30-03-2017, 12:04 - 
Azərbaycan, 1

Qadın ərinin avtomobilini nikah şəhadətnaməsi ilə sürə bilər - VİDEO

Qadın ərinin avtomobilini nikah şəhadətnaməsi ilə sürə bilər - VİDEO
Xəbərlərimizi Sosial şəbəkələrdə izləyin!
Facebook.com
Ok.ru
Twitter.com
Youtube.com




Nikah şəhadətnaməsi həm də etibarnamədir. Etibarnəmə olmadan həyat yoldaşının avtomobilini idarə etmək olar. Amma bunun üçün gərək cütlüyün nikah şəhadətnaməsi ola. Yəni yol polisinə sürücülük vəsiqəsi ilə yanaşı, nikah şəhadətnaməsini təqdim etmək kifayət edir.

Ancaq insanların əksəriyyəti belə bir qaydadan xəbərsizdilər.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirdi ki, qanunda belə bir qayda var. Daşınan və daşınmaz əmlak ərlə arvadın birgə mülkiyyəti hesab edilir. Ona görə də qadın həyat yoldaşının avtomobilini onun icazəsi olmadan da idarə edə bilər.

Bəs qadın həmin avtomobillə qaydaları pozarsa necə, protokol belə olduqda kimə yazılır? Fərq etməz qaydanı kim pozub, istənilən halda ödəniləcək cərimə ailə büdcəsindən çıxacaq.








Xəbərdən istifadə zamanı Cenubnews.com saytına istinad vacibdir ...!
Baxılıb 64 dəfə