logo


13-03-2014, 16:14 - 
xəbərlər, Azərbaycan, 1

Vyetnamın “VTC” qəzetində Xocalı soyqırımı ilə bağlı məqalə dərc edilib

Vyetnamın “VTC” qəzetində Xocalı soyqırımı ilə bağlı məqalə dərc edilib Məqalə ilə yanaşı qəzetdə Xocalı soyqırımını əks etdirən şəkillər də dərc olunmuşdur




10 mart tarixində Vyetnamın “VTC” qəzetində Xocalı soyqırımına həsr olunmuş “Ermənistan silahlı qüvvələrinin Azərbaycanda törətdiyi dəhşətli qətliam faktına istinad” başlıqlı geniş məqalə dərc olunub.

XİN-nin mətbuat xidmətindən Cenubnews.com İnternet Qəzetinə verilən məlumata əsasən məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin mühasirəyə alınması, oradakı dinc və müdafiəsiz əhaliyə qarşı törədilmiş misli görülməmiş qəddarlıq və onun nəticəsində 613 insanın, o cümlədən 63 uşaq, 106 qadın, 70 yaşlının amansızlıqla qətlə yetirilməsi faktı əksini tapıb.

Daha sonra müəllif Xocalı soyqırımının günahkarlarının cəzalandırılmasının gələcəkdə bu cür soyqırımı hallarının təkrarlanmasının qarşısının alınması baxımından vacib olduğunu vurğulamış və beynəlxalq ictimaiyyət tərəfindən Xocalı soyqırımına hələ də tam şəkildə hüquqi qiymətin verilməməsini təəssüflə qeyd edib.

Müəllif məqaləsində Xocalı soyqırımına dair xarici müşahidəçilər, jurnalistlər və media qurumları tərəfindən dünya mətbuatında dərc olunmuş məlumatlara istinad edib. Məqalə ilə yanaşı qəzetdə Xocalı soyqırımını əks etdirən şəkillər də dərc olunub.

Məqaləyə baxmaq üçün keçid








Xəbərdən istifadə zamanı Cenubnews.com saytına istinad vacibdir ...!
Baxılıb 202 dəfə